waplog

“Ford” GPS naviqasiyalı intellektual fara təqdim edib


"Ford" şirkəti yeni işıqlandırma texnologiyalarının yaradılması üzərində  iş aparır.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, bu texnologiya sürücülərə asanlıqla potensial təhlükəyə, o cümlədən, piyadaya, velosipedçiyə, heyvanlara  diqqət etməyə kömək edir.
 
Şirkətin kameralar əsasında yaratdığı frontal işıqlandırma sistemi yol ayrıclarında və yol dairələrində işıqlandırmanı artırmaq imkanına malikdir. Bununla da hərəkət istiqamətində olmayan təhlükəli obyektlərin işıqlandırılması təmin edilir.
 
Bununla yanaşı, sistem döngələrin daha yaxşı işıqlandırılması üçün GPS məlumatlarından istifadə edir. GPS-ə çıxış olmadıqda sistem arxa görünüş güzgüsünün əsasına quraşdırılmış  frontal kamera vasitəsi ilə yol ayrıclarını və döngələri müəyyən edir.
 
 
Qeyd edək ki, kamera naviqasiya sistemi haqda məlumatı yaddaşda saxlayır. Eyni marşrutla təkrar gedərkən faralar avtomatik yolu müəyyən edir və işıqlandırmanı lazım olan yerlərdə gücləndirir.


Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL