ABŞ-ın iri şirkətləri iqlim dəyişikliklərinə səbəb olan tullantıların azalmasına 140 milyard dollar yatıracaq
ABŞ-ın 13 iri şirkətinin rəhbəri Ağ Evdə keçiriləcək tədbirdə iştirak edərək atmosferə karbon tullantılarının azalmasına 140 milyard dollar investisiya yatırmaqla bağlı planlarını açıqlayacaq.
Görüş dekabrda keçiriləcək Paris iqlim konfransına həsr edilib. Konfransda iqlim dəyişiklikləri ilə mübarizə üzrə beynəlxalq sazişin hazırlanması gözlənilir.
Qeyd olunan şirkətlərin sırasına "Apple", "Microsoft" və "Google" şirkətləri, "Goldman Sachs" və "Bank of America" bankları, "Coca-Cola" və "PepsiCo" spirtsiz içki istehsalçıları, "General Motors" avtomobil istehsalçısı, "Alcoa" alüminium istehsalçısı, "Cargill" ərzaq malları istehsalçısı və tədarükçüsü, "UPS" təcili poçt çatdırma xidməti, "Wal-Mart Stores" pərakəndə satış mağazalar şəbəkəsi, Uorren Baffetin "Berkshire Hathaway Energy" fondu daxildir. Tədbirdə həmçinin dövlət katibi Con Kerri və Ağ Evin enerji məsələləri üzrə müşaviri Brayan Diz iştirak edəcək.
Bildirilir ki, "Alcoa" 2025-ci ilədək ABŞ-dakı müəssisələrində karbon tullantılarını 2005-ci illə müqayisədə 50 faiz azaldacağını bəyan edib. "Bank of America" zərərli tullantıların azaldılması üzrə layihələrin maliyyələşdirilməsinə 75 milyard dollar məbləğdə vəsait təqdim etmək niyyətindədir. "General Motors" 2020-ci ilədək zavodlarda atmosferə buraxılan karbonların həcmini 2010-cu illə müqayisədə 20 faiz azaldacaq.
"Bu, iri istixana qazları və elektrik enerjisi istehlakçıları olan şirkətlər tərəfindən atılan mühüm addımdır", - "ClearView Energy Partners" konsaltinq şirkətinin idarəedici direktoru Kevin Buk deyib.
"Apple" iqlim dəyişiklikləri ilə mübarizədə qazandığı uğurlarla qürur duyur. Hazırda şirkətin dünyada istifadə etdiyi enerjinin 87 faizi bərpa olunan mənbələrdən daxil olur, halbuki 2013-cü ildə bu göstərici 73 faiz təşkil edib. ABŞ istehsalçısının məqsədi şirkətin bütün müəssisə və binalarının bərpa olunan mənbələrdən enerji ilə 100 faiz təmin edilməsidir, - "Interfax" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL