waplog

“Bakcell” şirkəti “Alkredit.az” portalı ilə əməkdaşlığa başladı


Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti “Ulduzum” layihəsi çərçivəsində ölkənin ən böyük onlayn kredit sifarişi portallarından biri olan www.alkredit.az ilə əməkdaşlığa başlayıb.
 
 “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, www.alkredit.az  saytı kredit məhsullarının axtarışını, müqayisəsini rahat və səmərəli şəkildə həyata keçirmək üçün yaradılıb.
 
Bundan sonra “Bakcell” müştərisi olan hər bir kəs 5555-ə “kredit” yazıb yollayaraq portalın  xidmətlərindən telefonda da yararlana biləcək. “Ulduzum” istifadəçiləri “Kapital Bank”, “Bank of Baku”, “Unibank” və “Demirbank” kimi ölkənin ən böyük banklarına telefon vasitəsi ilə kredit sifarişi edə biləcək və bu xidmətdən pulsuz yararlanacaqlar.
 
Eyni zamanda kredit kartları və taksit kartlar üçün də  müraciət etmək mümkündür.
 
Qeyd edək ki, təkcə bu il sözügedən portal vasitəsilə onlayn kredit müraciətinin həcmi 42 milyon manata, istifadəçilərin sayı isə 15 minə çatıb.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL