waplog

Kiberidman üzrə növbəti çempionata hazırlıq gedir


“MCS Open” çempionatının 3-cü mövsümünə qeydiyyat davam edir. Çempionat üç növ -“DOTA2” (5x5) və “CS:GO” (5x5) komanda və “HearthStone” (1x1) fərdi yarışlar üzrə təşkil olunacaq.  
 
Milli seçim turunun təxmini keçirilmə vaxtı 2015-ci ilin avqust ayına planlaşdırılır. Bu haqda məlumat verən Azərbaycan Kiber İdman Federasiyasından bildirilib ki,  qeydiyyat onlayn sistemində aparılır:
 
“Ona görə də bizə ərizə göndərən hər kəsdən xahiş olunur  ki, “http://cyberstadium.ru/mcsopen/baku  saytında da təkrar qeydiyyatdan keçsin. Qeyd edək ki, turnir kommersiya xarakteri daşıyır. İştirak haqqı komandalar üçün 30 AZN, fərdi (HS) oyunçu üçün 5 AZN-dir. Turnir “Cyber Arena” klubunda (Üzeyir Hacıbəyov küçəsi, ev 6, 2-ci mərtəbə. “Malakan bağı”nın yanı, “Məhəllə” marketi ilə üzbəüz, giriş həyətdəndir) start götürəcək.
 
Turnirin grand finalı Moskvada, “Moscow Cyber Stadium” meydançasında  (http://cyberstadium.ru/mcsopen/) təşkil olunacaq. Grand turnirə qatılmaq üçün iştirakçı mütləq milli seçim mərhələsində (LAN) qalib gəlməli və beynəlxalq regional seçmə mərhələsinin (on-line) TOP4-ə vəsiqə qazanmalıdır. Turnirin fərdi yarışlarında iştirak etmək üçün Azərbaycan vətəndaşı olmaq mütləqdir. Komanda yarışlarına qatılmaq üçün isə komandanın ən azı üç üzvü Azərbaycan vətəndaşı olmalıdır. İki nəfərin legioner olmasına icazə verilir.
 
 
 Turnirin reqlament və qaydaları ilə aşağıdakı linklərdə tanış olmaq olar:
 
1. Dota
 
 
2. CS:GO

3. HS
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL