Avropa yerdən kənar həyat axtarışına 380 milyondan çox sərmayə yatırıb
Yerdən kənarda həyat axtarışında böyük rol Yupiterin peyklərinin (Avropa, Qanimed və Kallisto) üzərinə düşür. Avropa Kosmik Agentliyi (ESA) planetlərarası stansiyasının hazırlanması üçün 380 milyondan çox dollar ayrılması haqda elan edib.
Belə hesab edilir ki, Avropa, Hanimed və Kallisto peyklərində həyat mənbəyi sayılan maye su olması güman edilir. Bu fərziyyənin yoxlanması və həyat axtarışı üçün öz tərzində birinci və unikal missiyaya ehtiyac var. Yayın sonunda “ESA” və “Airbus Defense and Space” şirkəti arasında imzalanacaq müqavilə çərçivəsində sonuncu “JUICE” zondunun orbitə buraxılmasına hazırlıq və sınaq işləri ilə məşğul olacaq.
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “ESA”nın planlarına əsasən, kosmik gəmi 2022-ci ildə orbitə buraxılacaq və 2030-cu ilədək qaz nəhənginin orbitinə çatacaq. Bundan sonra aparat Avropa, Hanimed və Kallistonu ətraflı araşdırılması ilə məşğul olacaq. Günəş sistemində ən böyük peyk sayılan Hanimedə xüsusi diqqət ayrılacaq.
“JUICE” Hanimed peykinin orbitinə çıxmış ilk aparat olacaq və səkkiz ay müddətində orda qalacaq" – “ESA”nın press-relizində qeyd edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL