waplog

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə


"Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanının 7.1.3-cü yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
 

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8, III kitab, maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001,  № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4, II kitab, maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456) aşağıdakı məzmunda 4.23-cü bənd əlavə edilsin:
 

"4.23. "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).".
 

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 7 (yeddi) il müddətində qüvvədədir.


 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2015-ci il 10 iyul tarixli 264 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların,hissəvə ləvazimatların xarici iqtisadi fəaliyyətinmal nomenklaturası (XİFMN) üzrə

 

 

S İ Y A H I S I

 

 

XİFMN üzrə

kodu

Mal mövqelərinin adları

1

2

Qrup 84-dən

 




8471 70 500 0

yaddaş qurğuları: sərt maqnit disklərdə


8471 80 000 0

hesablayıcı maşınların digər qurğuları



8473 30 200 0

8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: elektron modulları



8473 30 800 0

8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: digərləri


Qrup 85-dən

 


8528 51 000 0

digər monitorlar: yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan


8542 31 90

Elektron inteqral sxemlər: prosessorlar vəkontrol-lerlər,  yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər: digərləri

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL