waplog

“Nokia” virtual reallıq kamerasını təqdim edib


Finlandiyanın "Nokia" şirkətinin təqdim etdiyi virtual reallıq kamerası film, televiziya proqramı çəkməyə imkan verəcək.
 
"ICTnews" elektron xəbər xidməti "bbc.com" saytına istinadən bildirir ki, "OZO" adlı kamera kürə formasındadır. Qurğu 8 obyektiv və 8 ayrıca mikrofonun köməyi ilə real vaxt rejimində panorama şəklini izləməyə imkan verir.
 
Qurğu, hər şeydən əvvəl peşəkar məzmun istehsalçıları üçün nəzərdə tutulub.
 
"Biz ümid edirik ki, yaxın gələcəkdə virtual reallıq insanların informasiya, əyləncə, xəbərlər və bir-biri ilə qarşılıqlı əlaqəsini zənginləşdirəcək. Biz "OZO" qurğusu ilə bu inqilabın mərkəzi hissəsi olmağı planlaşdırırıq" – şirkətin bəyanatında belə deyilir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL