waplog

Dünyanın ən bahalı bankı mobil biometriyanı sınaqdan keçirir


ABŞ-ın “Wells Fargo” bankı biometrik texnologiyalar sahəsində aparılan tədqiqatlara qoşulub. Belə ki, bank mobil əlavələrin mühafizəsi üçün səsin tanınması və gözün skan edilməsi sistemindən istifadəni planlaşdırır.  
 
Maliyyə müəssisələrinin əksəriyyəti artıq mobil istifadəçilərin autentifikasiyasını biometriyaya keçirməyə başlayıb. İlin sonunda ABŞ banklarının üçdə biri smartfonlar üçün əlavələri biomarkerlərin yoxlanılması sistemləri ilə təchiz edəcək.
 
Əvvəllər “Wells Fargo” mobil əlavəsinin müştəriləri mobil bankçılığa istifadəçi adından və paroldan, eləcə də unikal təhlükəsizlik markerindən və tranzaksiyanın təsdiqi üçün PİN-koddan istifadə etməklə daxil olurdular.
 
Biometrik autentifikasiya prosesin texnoloji tərəfini çətinləşdirsə də, onu istifadəçilər üçün sadələşdirərək təhlükəsiz edəcək. Müştəri smartfona baxaraq ekranda göstərilən mətni deməlidir.
 
Hazırda "Wells Fargo” autentifikasiya prosesinin sürətləndirilməsi ilə məşğuldur. Bu gün proses üçün səsin tanınması sisteminin mükəmməl olmamasına görə 20 saniyə tələb olunur. “Wells Fargo” həmçinin telefon kamerası ilə birlikdə vena və gözlərin unikal nümunələrini skan etməyə imkan verən proqram təminatını sınaqdan keçirir. Qeyd olunan texnologiyaların ayrı-ayrılıqda heç birinin mükəmməl olmamasına görə bank çoxfaktorlu autenfikasiyanın tətbiqinə çalışır.
 
Bankın digər innovasiyaları arasında “ağıllı” köməkçinin sınaqlarını qeyd etmək olar. İstifadəyə verilməsi 2016-cı ildə planlaşdırılan servis istifadəçilərə səs vasitəsilə öz maliyyə vəsaitlərini idarə etməyə imkan verəcək, - “Payspacemagazine”  yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL