waplog

Milli poçtumuz sürətli poçt xidmətlərinə görə irəlidədir


Ölkəmizin ümumi sosialiqtisadi inkişaf strategiyasına uyğun olaraq rabitə sahəsində də aparılan genişmiqyaslı islahatlar öz müsbət nəticəsini verib. Son illər informasiyakommunikasiya texnologiyaları sahəsində əldə olunan uğurlar ölkə poçt rabitəsi sektorundan da yan ötməyib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar ölkə rabitəsinin, həmçinin də poçt rabitəsinin inkişafına, müasir dünya tələblərinə uyğunlaşdırılmasına səbəb olub.
 
 
 Bu gün qloballaşan müasir dünyada ölkə əhalisinin müasir, operativ, keyfiyyətli poçt xidmətlərindən yararlanması üçün hər cür imkanlar yaradılıb.
 
 "Azərpoçt" MMCnin tabeçiliyində olan müəssisələrdə yeni xidmət növlərinin, bank-maliyyə xidmətlərinin, sürətli pul köçürmələrinin və s. göstərilməsi poçt sektorunda gəlirlərin artmasını təmin edib. Son illər "Azərpoçt" MMC-nin "Azərekspresspoçt" Rabitə Müəssisəsi də işini müasir tələblər səviyyəsində quraraq yüksək göstəricilər əldə edib.
 
 "Azərekspresspoçt" Rabitə Müəssisəsinin rəisi Eldar Tağıyev cari ilin 6 ayında görülən işlər, əldə olunan nailiyyətlər barədə bildirib ki, Azərbaycanda sürətlə, dinamik inkişaf edən ölkə poçt rabitəsi öz imkanlarını, fəaliyyət sahəsini xeyli dərəcədə genişləndirib, beynəlxalq aləmdə nüfuzunu artırıb.
 
 Bu səbəbdəndir ki, son bir neçə ildir ki, "Azərpoçt" MMC ümumdünya Poçt Ittifaqının Keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən qızıl səviyyəli sertiflkata layiq görülür. İldən-ilə uğurlarının sırasını artıran "Azərekspresspoçt" RM cari ilin 6 ayında olduqca uğurlu iqtisadi göstəricilər əldə edib.
 
 
 Belə ki, hesabat dövründə 752576 manat tarif gəliri əldə olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 174435 manat və ya 30,2 faiz çoxdur. Tarif gəliri proqnozuna 113 faiz əməl olunub. Daxil olan beynəlxalq göndərişlərin sayı ötən illə müqayisədə 6141 ədəd və ya 44,4 faiz artaraq 19958 ədədə, xaric olan göndərişlərin sayı isə 452 ədəd və ya 9,6 faiz artaraq 5147 ədədə çatıb.
 
Daxili EMS göndərişlərinin sayı 9266 ədəd artaraq 51022 ədəd olub. Hesabat dövründə istismar proseslərinə tətbiq edilmiş yeni texnologiyalar poçt göndərişlərinin qəbulu, daşınması, emalı və çatdırılması proseslərini daha da sürətləndirmiş və gərgin rəqabətin hökm sürdüyü sürətli poçt xidməti bazarında daha çox və daha önəmli istehlakçıların bizim xidmətimizdən istifadəyə üstünlük verməsinə gətirib çıxarıb.
 
Bu dövrdə elektron ticarətlə məşğul olan 3 hüquqi və 1 fiziki şəxsə müvafiq müqavilələr əsasında ödəmə şərtli daxili EMS xidmətləri göstərilmişdir. 2015-ci il aprelin 22-də Isveçrənin Bern şəhərində keçirilmiş üPl-nin EMS Kooperativinin Baş Assambleyasının yekun iclasında yüksək keyfiyyətli xidmət göstəricilərinə görə "Azərekspresspoçt" RM-ə ÜPİ-nin Qızıl səviyyə sertifikatı təqdim olunub ki, bu da müəssisənin nəinki ölkəmizdə, hətta beynəlxalq miqyasda da böyük nüfuza malik olduğunun göstəricisidir.
 
2014-cü ilin nəticələrinə görə, 199 ölkə arasında 5 ölkə, o cümlədən Azərbaycan qızıl səviyyə sertifikatı qazanıb. Bu, Azərbaycanın "Azərpoçt" MMC-nin son 19 ildə 11-ci yüksək səviyyə sertifikatıdır.
 
 
"Respublika"
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL