waplog

Çin şirkəti qlobal mobil telefonlar bazarında liderlər arasında yer alıb


“Strategy Analytics” tədqiqat şirkətinin məlumatına əsasən, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin ikinci rübündə mobil telefonların tədarükü 2 faiz artaraq 434,6 milyon təşkil edib. Ötən rüb tədarük edilmiş 10 telefonun 8-i smartfon sinfinə məxsus olub.

Ekspertlər diqqət yetirib ki, qeydə alınmış 2 faizlik artım son iki ildə sözügedən bazarda ən zəif nəticədir. Çin, Avropa və ABŞ-da mobil telefonlara tələbatın azalması buna səbəb kimi göstərilir.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mobil telefon bazarının lideri “Samsung” şirkətində aparatların tədarük həcmi 7 faiz azalıb ki, bu da sözügedən seqmentin 20,5 faizi deməkdir.

“Apple” korporasiyası aprel-iyunda bu bazarın 10.9 faizinə nəzarət edib.

Çinin “Huawei” şirkəti çox gözəl nəticə nümayiş etdirib. Bu şirkətin bazar payı təxminən iki dəfə artaraq 7 faizə yaxınlaşıb. “Huawei” 30,6 milyon mobil telefon tədarük edib və ilk dəfə bu göstərici üzrə dünyada üçüncü pilləni tutub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL