waplog

«Texnologiyaların ötürülməsi» mövzusunda regional seminar keçirilir


Bakıda "Texnologiyaların ötürülməsi" mövzusunda ikigünlük regional seminar işə başlayıb. Tədbir Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən təşkil olunub.
Seminarın açılışında çıxış edən Dövlət Komitəsinin patent şöbəsinin müdiri Miryaqub Seyidov qeyd edib ki, seminarın keçirilməsində əsas məqsəd texnologiyaların ötürülməsi sahəsində hüquqi münasibətlərə aydınlıq gətirmək, bu sahənin Azərbaycanda geniş şəkildə istifadə olunmasına şərait yaratmaqdır. «Ümumiyyətlə, rəqabətə davamlı məhsul istehsal etmək üçün, eləcə də texnoloji baxımdan inkişaf etmiş ölkə kimi dünya dövlətləri sırasına qatılmaq üçün texnologiyanın yaradılması, qorunması və ötürülməsi məsələləri mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan xarici ölkələrin təcrübəsinin öyrənilməsi və Azərbaycanın reallıqları ilə uzlaşmasını təhlil etmək vacibdir», - deyə M.Seyidov bildirib.
Qeyd edək ki, 10 ölkənin nümayəndələrinin qatıldığı seminarda iqtisadiyyatı keçid mərhələsində olan ölkələrdə texnologiyaların ötürülməsi sahəsində əsas problemlər, Azərbaycanda texnologiyaların ötürülməsi və bu sahəndə həyata keçirilən siyasət əsas müzakirə mövzularıdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL