“Millikart” “iOS” və “Android” istifadfəçilərinə “CİB” mobil ödəmə platformasını təqdim edib
"Millikart" kart prosessinq mərkəzi "iOS" və "Android" istifadəçiləri üçün yeni əlavə proqram təqdim edib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, mobil ödəmələrin yaranması ilə pul köçürmələrini, kommunal və s. kimi ödənişləri banka getmədən, sadəcə smartfon vasitəsi ilə həyata keçirərək vaxta qənaət etmək imkanı yaranıb.
Rahat, çoxfunksiyalı və tamamilə ödənişsiz mobil ödəmə platforması olan "CİB" tətbiqi vasitəsi ilə istifadəçi bir neçə saniyə ərzində ödəniş əməliyyatlarını həyata keçirib, asanlıqla smartfonda oxuduğu kitaba qayıda, mesajlarını və ya sosial şəbəkələri izləməyə davam edə bilər.
"CİB" tətbiqini "iOS" və "Android" istifadəçiləri ödənişsiz yükləyə bilərlər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL