Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir
Mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin tətbiqində mühüm əhəmiyyət daşıyan bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır.
Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir. Artıq bu prosesə beynəlxalq ekspertlər cəlb olunur. Bu sistem ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.
Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti İşgüzar Forumda məlumat verilib. Tədbirdə qeyd edilib ki, forumların keçirilməsinin əsas məqsədi torpaqların vahid mərkəzdən dövlət idarəçiliyinin prinsip və mexanizmlərini, habelə dövlət torpaqlarının daha səmərəli mühafizəsi və istifadəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində görülən işlərin açıqlanmasıdır. Bununla yanaşı forumlarda torpaqlardan kateqoriyası və təyinatına zidd istifadə hallarının qarşısının alınması istiqamətində görülən işlərin tədbir iştirakçılarına çatdırılmasıdır. Eyni zamanda belə tədbirlər vasitəsi ilə komitənin yeni əsasnaməsi ilə yaradılmış və artıq fəaliyyət göstərən torpaq müfəttişləri və torpaq bazarının təşkilində komitənin fəaliyyəti barədə aidiyyəti dövlət orqanları, bələdiyyələri və barədə ictimaiyyətin məlumatlandırması həyata keçirilir:
“Artıq komitə tərəfindən torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində tədbirlərə start verilib. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik qeydiyyat üçün tələb olunan sənədləşdirmə prosesində rahatlığın, operativliyinin və şəffaflığın kifayət qədər artması deməkdir. Komitənin yeni funksiyalarının icrasında səmərəliliyin və effektivliyin daha da artırılması məqsədi ilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası vacibdir. Belə forumların keçirilməsi isə koordinasiya işlərinin daha sıx həyata keçirilməsinə imkan yaradır.”
Forum torpaqların dövlət idarəetməsi və torpaq bazarının təşkili ilə bağlı çıxış və təqdimatlarla davam edib. Vahid mərkəzdən torpaq münasibətlərinin tənzimlənməsi və idarəçiliyində innovativ üsulların tətbiqi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir yanaşmalar və yeni mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL