ABŞ hökuməti kriptovalyuta sahəsində tədqiqatları maliyyələşdirəcək
Üç ABŞ universiteti kriptovalyutaları (virtual pul) tədqiq etmək niyyətində olmasını bəyan edib. Bu məqsədlə Milli Elm Fond tərəfindən 3 milyon dollar məbləğində qrant ayrılıb.
Karnegi, Merilend və Kaliforniya universitetləri diqqəti tədqiqatlarla yanaşı, yeni kriptovalyuta sistemlərinin öyrənilməsinə yönəldəcək. Maliyyə vəsaitlərindən layihədə iştirak edən tədqiqatçıların dəstəklənməsi üçün istifadə olunacaq.
Tədqiqat prosesində tranzaksiyaların miqyasının genişləndirilməsinə, son istifadəçi üçün məxfiliyin və funksionallığın artırılmasına imkan verən yeni sistemlərin yaradılması planlaşdırılır. Tədqiqatçılar Merilend Universitetinin əvvəlki elmi işlərindən faydalanacaq.
İyunda Merilend Universiteti Karnegi Universiteti ilə birlikdə bildirişlərin göndərilməsi üçün mühafizəli sistemin yaradılması üzərində işi başa çatdırıb. Hazırda məxfi saxlanılan layihədə bəzi tamamlama işləri aparılır.
Layihənin maliyyələşdirilməsi təşəbbüsü məqsədi rəqəmli mühitdə kibertəhlükəsizlik və məxfiliyin inkişafı olan "Secure and Trustworthy Cyberspace Program” proqramına məxsusdur, - “Payspacemagazine” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL