Britaniya baş naziri maliyyə texnologiyalarını dəstəkləyib
Böyük Britaniya baş naziri Devid Kemeron "Innovative Finance” elmi-tədqiqat mərkəzi tərəfindən təqdim olunan sənədi dəstəkləyib. Təşkilatın məqsədi Birləşmiş Krallığın qlobal investisiya mərkəzinə çevrilməsi və maliyyə texnologiyaları sahəsində yeni iş yerlərinin yaradılmasıdır.
Bildirilir ki, ötən il maliyyə texnologiyalarına qlobal kapital qoyuluşu 4 milyard dollardan 12 milyard dollaradək artmaqla 3 dəfə çoxalıb. 2020-ci ilədək investisiya həcminin 46 milyard dollaradək artacağı gözlənilir.
“Innovative Finance” mərkəzinin planına görə, Britaniya gənc texnoloji şirkətlərə yatırılan investisiyaların əsas mənbəyi kimi qalmalıdır.
“Bizim plana görə, 2020-ci ilədək Britaniyada daha cəlbedici investisiya mühiti yaradılacaq. Vençur və institusional əmanət qoyuluşlarının 2014-cü ildəki 623 milyon dollarla müqayisədə 8 milyard dollara çatacağı nəzərdə tutulur”, - sənəddə deyilir.
Hazırda Britaniyada dəyəri 1 milyard dolları ötən iki maliyyə texnologiyaları nəhəngi fəaliyyət göstərir. Bunlar “TransferWise” pulköçürmələri şirkəti və “Funding Circle” kreditləşmə xidmətidir. Proqnozlara görə, 5 ildən sonra ölkədə bu məbləğdə kapitallaşmaya malik 25 texnoloji şirkət fəaliyyət göstərəcək.
Sənədi şərh edən baş nazir bildirib ki, hökumət Britaniyanın dünyada əsas maliyyə texnologiyaları mərkəzlərindən birinə çevrilməsini istəyir. “Mən “Innovative Finance” sənədinin 100 min iş yerinin yaradılması kimi iddialı məqsədlər nəzərdə tutmasına şadam. Bu, bizim maliyyə texnologiyalarının hazırlanmasında dünya lideri olacağımıza zəmanət verir”, - baş nazir qeyd edib, - "Payspacemagazine” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL