waplog

Qan nümunələri pilotsuz uçan aparatlarla daşınacaq


ABŞ alimləri və həkimlərinin ilk səhra sınaqlarından məlum olub ki, kiçik pilotsuz uçan aparat analizlər üçün insanın qan nümunələrini onlara xələl gətirmədən daşıya bilər. Bu kəşfin ucqar yerlərdə yaşayan xəstələrin həyatını asanlaşdıracağı gözlənilir.  
 
Qanın sağ-salamat çatdırılması üçün ən böyük təhlükəni aparatın buraxılması zamanı güclü sürətləndirmə və enişdə təkanlar törədir.
 
Sınaq zamanı alimlər qan nümunələrini götürərək Con Hopkins Universitetinin yaxınlığında yerləşən kəndə aparıblar. ABŞ Federal Aviasiya İdarəsinin qaydalarına görə, uçuşlar aşağı hündürlükdə (100 metrdən aşağı) keçirilib, aparatlar operatorun görə bildiyi məsafədə uçub.
 
Qan nümunələrinin yarısı pilotsuz uçana aparatlara yüklənərək havaya 6-38 dəqiqə davam edən reyslər zamanı buraxılıb. Sonradan qanın hamısı universitet xəstəxanasına qaytarılıb və 33 ən yayılmış laboratoriya sınağı növü (natrium, qlükoza və s.) üzrə qovulub. Nəticədə uçuş keçirmiş qan və digər nümunələr arasında əhəmiyyətli fərq aşkarlanmayıb.
 
ABŞ-da sınaqların uğurla başa çatması alimləri Afrikada ikinci mərhələni həyata keçirməyə həvəsləndirib. Orada qanın ucqar kənddən klinikaya daşınması nəzərdə tutulur, - "Lenta"  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL