waplog

Artıq robotları kirayələmək mümkündür


Yaponiyanın “SoftBank” telekommunikasiya şirkəti ötən ilin oktyabrından “Pepper” robotu üçün ilkin sifarişlərin qəbuluna başlayıb. “Pepper” robotu ilk növbədə insanlarla ünsiyyət saxlamaq üçün yaradılıb. Bu robot əyləndirə, tərbiyələndirə, öyrədə, kömək edə və sadəcə insanla söhbət apara bilir.
 
Zaman keçdikcə robot daha “ağıllı” olur, çünki bu seriyaya məxsus bütün robotlar üçün ümumi "beyin" rolunu yerinə yetirən serverlər “bulud” sisteminə qoşulub.
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, ötən ay Çinin “Alibaba” və “Foxconn” şirkətləri “SoftBank”-ın robot texnikası ilə məşğul olan bölməsinə 236 milyon dollar sərmayə yatırıblar. Tərəfdaşlar yaxın vaxtlarda “Pepper” robotunu və yapon şirkətinin başqa məhsulunu dünya bazarına çıxarmağı planlaşdırır.
 
İndi “SoftBank” telekommunikasiya şirkəti “Pepper” robotunun biznes  versiyasını təqdim edir. “Pepper for Biz” müxtəlif ictimai müəssisə, mağaza, kafe, mehmanxana, klinikalarda istifadə üçün nəzərdə tutulub. Sahibkarlar 440 dollar ödəməklə robotu aylıq kirayə edə bilərlər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL