waplog

“Microsoft” yeni mühafizə texnologiyasını patentləşdirib


Dünyanın aparıcı İT şirkətlərindən biri olan “Microsoft” şirkəti yeni mühafizə texnologiyasını patentləşdirib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, yeni texnologiya jestlər vasitəsi ilə qurğunu kənar şəxslərdən mühafizə etməyə imkan verir.
 
Mühafizə alqoritmi vaxtaşırı smartfonun ekranında müəyyən jestlərin əks olunmasını nəzərdə tutur: barmaqları müəyyən bucaq altında yerləşdirmək, razılaşdırılmış vaxt və ya güc ilə ekrana toxunmaq.
 
Sistem “öz” sahibini tanıyacaq və uğursuzluq halında qurğu ilə iş dayandırılacaq, istifadəçiyə isə adını demək təklif ediləcək.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL