waplog

Telefon insanların yerişini dəyişdirir


Alimlərin araşdırmasına əsasən, yeriş zamanı telefondan istifadə (SMS yığmaq və ya oxumaq, veb səhifələrə baxmaqa, sosial şəbəkələrdən istifadə etmək) insan yerişinin dəyişməsinə səbəb olur.
 
"ICTnews" elektron xəbər xidməti “telekomza.ru” saytına istinadən bildirir ki, ABŞ-ın iki universitetindən olan tədqiqatçıların sözlərinə görə, belə yeriş addımların uzunluğunun, tezliyinin azalması, hər iki ayağın torpaq üzərində olması müddətinin çoxalması ilə səciyyələnir.
 
Tədqiqatçılar 18-50 yaş aralığında olan 30 nəfərdən xüsusi hazırlanmış maneələrdən ibarət yolla hərəkət etməyi və eyni zamanda SMS yığmağı xahiş ediblər. Onlar yeriş və başqa tipik elementlərin yavaşımasını qeydə alıblar.
 
Son zamanlar müxtəlif yerlərdə SMS yığan insanlar üçün xüsusi yollar yaradılır. Məsələn, Belçikanın Antverpen şəhərində belə yol var.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL