waplog

“ARIN”: “İki həftədən sonra “IPv4” ünvanları tükənəcək”


"Campus Technology" təhsil müəssisələri üzrə İT mütəxəssislərinin konfransında çıxış edən ABŞ regional internet ünvanları qeydiyyatı təşkilatının (ARIN) rəhbəri Con Kurran bildirib ki, qeydiyyatçının sərəncamında 90 min "IPv4" ünvanı qalıb ki, bu da təxminən iki həftə üçün kifayət edəcək. Asiyanın "APNIC" regional qeydiyyat təşkilatının "IPv4" ehtiyat ünvanı 2011-ci ildə, "RIPE" Avropa regional qeydiyyat təşkilatının 2012-ci ildə tükənib.
 
C.Kurran internet saytlarının "IPv6" ünvanlarına keçməsinə təkid edir. Mobil və digər istifadəçi qurğuları "IPv6" ünvanlarından daha çox istifadə etməyə başlayıb və keçid onlara saytlardan sadə şəkildə istifadəyə imkan verəcək. Onun sözlərinə görə, xüsusilə səs və video ilə iş zamanı məhsuldarlıq artacaq. Bundan başqa, trafikin analizi asanlaşacaq, çünki ona "IPv4" ünvanlarının "IPv6" ünvanlarında göstərilməsi mane olmayacaq. "Facebook", "Google" və digər iri İT şirkətləri artıq "IPv6" ünvanları ilə işləyir, marşrutlayıcı istehsalçıları isə onları 2000-ci ildən dəstəkləməyə başlayıb.  
 
Təşkilat rəhbəri qeyd edib ki, hazırda "Google" axtarış sistemində sorğuların təxminən 21,5 faizi "IPv6" ünvanlarından daxil olur, halbuki bir il əvvəl onun payı 8 faiz, iki il əvvəl 2 faiz təşkil edib. Lakin təhsil müəssisələri "IPv6" ünvanlarının tətbiqində dövlət təşkilatlarından və biznesdən geri qalır, - "Computerworld"  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL