Roman Abramoviç sığorta şirkətləri üçün nəzərdə tutulmuş startapa 10 milyon sərmayə ayırıb
Roman Abramoviçə məxsus olan “Ervington Investments” şirkəti “Driveway Software” startapına 10 milyon sərmayə yatırıb.
“ICTnews” elektron xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Driveway” — “IOS” və “Android” platformaları üzərində çalışan smartfonlar üçün nəzərdə tutulmuş əlavənin yaradıcısıdır.
Əlavə proqram sığorta şirkətlərinə sürücüləri müşahidə etməyə və onların arasında ən ehtiyatlıları sığortalanmaya cəlb etməyə və onlara ən sərfəli qiymətlə xidmət göstərməyə imkan verir.
Cəlb edilmiş vəsaitlər şirkətin telematik həllər bazarında mövqeyini möhkəmləndirməsinə və ştatını genişləndirməsinə yönəldiləcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL