waplog

“Apple” səsli poçt sistemi hazırlayır


ABŞ-ın “Apple” şirkəti “Siri” virtual köməkçisi əsasında işləyən səsli poçt üzərində sınaq işlərini yekunlaşdırır. “Business insider” portalı yazıb ki, yeni xidmət artıq 2016-cı ildə istifadəyə verilə bilər.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Siri” virtual köməkçisinin yenilənməsi nəticəsində “iOS” platforması ilə işləyən mobil qurğuların sahibləri smartfonun ekranında mətnə çevrilmiş səsli mesajları oxuya biləcək.
 
"Apple tərəfindən təklif edilən həll eyni anda həm sadə, həm də ağıllıdır - portal yazıb. İnsanlar səsli mesaj göndərməyi bəyənsələr də, (mətn yazmaqdan daha sürətlidir) onu qəbul etməyi sevmirlər (çünki mətni daha sürətli oxumaq mümkündür).
 
Həmçinin məlum olub ki, Apple ABŞ və Avropa ərazisində öz virtual mobil rabitə xidmətini işə salmağı planlaşdırır. Mütəxəssislər əmindir ki,  “Apple”ın belə addımı şirkətin dünya mobil rabitə bazarında öz mövqeyini möhkəmləndirmək niyyətini göstərir.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL