waplog

Ramin Mahmudzadə: “Məktəbdə informatika üzrə əsas konsepsiya və bacarıqlar öyrədilmədən ali təhsil müəssisəsi İT üzrə mütəxəssis hazırlamağa müvəffəq olmayacaq”


“İnformatika – fundamental elmdir. O, məktəb təhsilində ləyaqətli yerə malik olmalıdır. Riyaziyyat – bu, bütün elmlərin dilidir. Əgər “elmdə” riyaziyyat yoxdursa, onda bu, elm deyil, sadəcə fakt və fikirlərin yığınağıdır. İnformatika da riyaziyyat kimi bütün başqa elmlərə tədqiqat vasitələri verir: informasiya vasitələri, proqram vasitələri. Əlbəttə, bütün bunlar riyaziyyata əsaslanır. Amma informatikada elə bir şey var ki, o nə riyaziyyat, nə də bir çox elmlərdə yoxdur- bu, insan amilidir. Ona görə də onun öyrənilməsi və tətbiqi belə çətindir”.
 
 Bu haqda fikirlərini Bakı Dövlət Universitetinin dosenti, məktəblilərdən ibarət informatika üzrə ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə paylaşıb.
 
R.Mahmudzadə qeyd edir ki, informatikanın fundamental konsepsiyaları orta ümumtəhsil müəssisələrində öyrədilməlidir:
 
“Məktəbdə əsas konsepsiyalar və bacarıqlar öyrədilmədən ali təhsil müəssisəsi informasiya texnologiyaları üzrə mütəxəssis hazırlamağa müvəffəq olmayacaq. Həmçinin burada İT üzrə magistraturanı bitirən xaricdə magistraturanı qurtarmış mütəxəssisin yanında başı aşağı qalacaq. Hal-hazırda universitetlərdə İT ilə sıx bağlı olan bir çox ixtisaslar var. İndiki vaxtda 50 pilot məktəbindən informatika təmayülü ilə 5-6 məktəb seçmək, eyni zamanda 10 və 11 siniflərdə İT sahəsi üzrə gücləndirilmiş hazırlığa keçmək lazımdır. Ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı kimya fənninin yerinə kompüter ixtisaslarına dair imtahan daxil edilməlidir.” İT üzrə mütəxəssis hazırlığının təşkili ilə bağlı digər təkliflərini də verən R.Mahmudzadə hesab edir ki, aparıcı universitetlərdə gənc proqramçılar məktəbləri təşkil edilməlidir. Eyni zamanda məktəblilərdən ibarət komandalara il ərzində proqramlaşdırma üzrə müxtəlif beynəlxalq yarışlarda iştirak etməyə imkan verilməli, maliyyə dəstəyi göstərilməlidir:
 
 “2015-2016-cı, eləcə də 2018-2019 -cu tədris illəri məktəblərdə “İnformatika ili” elan edilməlidir. Bu fəaliyyət bütünlüklə “Necə hazırlamaq və bu hazırlıq nə verəcək?” kimi bütün suallara cavab olacaq”.
 
 
Qeyd edək ki, 2019-cu ildə XXXI Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL