ABŞ “3D” texnologiyası ilə hazırlanmış dərman preparatlarının istehsalına icazə verib
ABŞ-ın qida məhsulları və dərman keyfiyyətinə sanitar nəzarət idarəsi (“FDA”) tarixdə ilk dəfə “3D” printerin köməyi ilə yaradılmış dərman preparatının istehsalına icazə verib.
"ICTnews" elektron xəbər xidməti “bbc.com” saytına istinadən bildirir ki, bundan əvvəl “FDA” artıq tibb sahəsində tətbiq edilən müxtəlif qurğu və aparatların “3D” printerlərdən istifadəyə əsaslanan istehsalına icazə verib.
Üçölçülü çap texnologiyasının köməyi ilə yaradılmış yeni “Spritam” dərman preparatı epileptik qıcolmalara nəzarət etməkdə kömək edir.
Dərman preparatını yaratmış “Aprecia Pharmaceuticals” müasir texnologiyaların köməyi ilə başqa dərman preparatlarını da hazırlamağa söz verib.
Başqa dərmanlar kimi “3D” dərman da insan orqanizmində həll olunur.
Ekspertlər əmindirlər ki, yeni texnologiya gələcəkdə fərdiləşdirilmiş dərman preparatları yaratmağa imkan verəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL