waplog

Yeni texnologiyalı qatarlar


Bakı-Sumqayıt istiqaməti üzrə bu ilin sentyabrın 15-də xəttə buraxılması planlaşdırılan İsveçrənin "Stadler Rail Group” şirkətindən alınan ikimərtəbəli qatarlar platformada hazır vəziyyətdədir.
 
 İkimərtəbəli qatarların maşinist-təlimatçısı Fikrət Kərimovun verdiyi məlumata görə, yeni qatarda ən müasir sistem mövcuddur: "Burda bütün idarəetmə sistemi kompüter vasitəsi ilə idarə olunur. Elektron prosessorlar burda verilən komandaları demək olar ki səhvsiz yerinə yetirirlər”.
 
Maşinist-təlimatçının sözlərinə görə, sərnişinlər burada özünü komfortda hiss edəcək:
 
"Bu qatarlar 160 km/süerətlə hərəkət edir. Sərnişinlər özlərini yol boyu komfortda hiss edəcəklər. Belə ki, qatar kondisoner və “Wi-Fi” sistemi ilə təchiz edilib, oturacaqlar yumşaq və rahatdır. Birinci vaqon biznes-klass olmaqla, 88 nəfər sərnişin tutumuna malikdir. Bundan sonra iki orta vaqon 94 nəfər, digər vaqon isə 120 nəfər sərnişin tutur”.
 
 
Bu qatarda bütün təhlükəsizlik tədbirləri nəzərdə tutulub.Əgər hansısa səbəbdən sərnişin qatarı saxlamaq istəyirsə qırmızı rəngdə stop kranlar quraşdırılıb. Sərnişinlər istənilən vaxt qatarı saxlaya bilər. Qeyd edək ki, əgər stop kranlar sərnişinlər tərəfindən qırıldıqda maşinist 10 saniyə ərzində displey vasitəsi ilə təhlükə barəsində məlumat almış olur.  Vaqonlarda həmçinin yanğınsöndürən qurğuların sayı da çoxdur.
Kərimov ikimərtəbəli qatarları idarə etməyin köhnələrdən asan olduğunu da əlavə edib. 
"Əvvəllər sərnişinlər stop kranları hardasa axtarmalı idi, amma indi konkret yerlərdə belə sistemlər quraşdırılıb. Maşinistlə hər vaqonda sərnişinlərin əlaqə qurması üçün xüsusi cihazlar var. Köhnə qatarlarda bu sistemlər çox zəif idi”.
 
Kərimov bildirib ki, bu kameralar sərnişinlərin hər bir hərəkətini, eləcə də maşinistin qatarı necə idarə etməsini belə lentə alır. Kameralara xüsusi servis briqadası nəzarət edir. 
 
Gələcəkdə bu qatarlar avto-pilot sistemi (yəni, qatar özü hərəkət edəcək, platformalar arasında dayanacaq, maşinist isə sadəcə qatara nəzarət edəcək) ilə idarə olunacaq. 
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL