waplog

“Malware Lab”-ın ikinci bölməsi noyabrda istifadəyə veriləcək


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi noyabr ayında “Malware Lab”-ın ikinci bölməsini istifadəyə verəcək.

Mərkəzdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, ikinci mərhələdə  multifunksional analiz proqramının (Multifunctional Analysis Program (MAP))

tətbiqi  nəzərdə tutulur. MAP - sadə istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multifunksional (virus aşkarlama motoru-antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama –malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz proqramı olacaq.
 
Qeyd edək ki, “Malware Lab”-ın məqsədi ölkəmizi hədəf alan zərərverici proqram təminatlarının analiz və müşahidə edilməsi, istifadəçilərin maarifləndirilməsi və bu sahədə yeni fəaliyyətə başlayan mütəxəssisləri ilkin analiz vasitələri ilə təmin edərək sahənin inkişafına dəstək verməkdir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL