Gözdən əlillər üçün ilk “ağıllı” saatlar istifadəyə veriləcək
Dünyada 285 milyondan çox görmə qabiliyyəti qüsurlu olan insan yaşayır. Onların 95 faizindən çoxu kitab oxuya bilmir. Bu halda ənənəvi kitabların yalnız 1 faizi Brayl şrifti ilə olan versiyalarda dərc edilib.
“Dot” şirkəti görmə qabiliyyəti zəif olanlara kömək məqsədi ilə eyni adlı smart saatlar hazırlayıb. Bu qurğunun qiyməti 300 dollardan aşağı olacaq.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, görmə qabiliyyəti zəif olanların yalnız bəziləri həqiqətdə Brayl şriftini öyrənir. Böyük Britaniyanın Milli Kral institutunun məlumatına görə, pasiyentlərin 1 faizdən aşağı hissəsi Brayl şrifti ilə tanışdırlar. “Dot” qurğusunun istehsalçıları bu nüansı nəzərə alaraq cihaza Brayl şriftinin təhsili sistemini quraşdırıblar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL