Elsevər Ağayev: “Dərman vasitələri ilə bağlı Elektron səhiyyə və “qaynar xətt”ə gələn müraciətlər dərhal təhlil olunacaq”
Dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, "qaynar xətt" və digər vasitələrlə gələn müraciətlər dərhal təhlil olunaraq müvafiq tədbirlər həyata keçiriləcək. Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib.
Bu sahədə ictimaiyyəti maraqlandıran sualları cavablandıran nazir müavini qeyd edib ki, ölkə başcısının tapşırığının icrası məqsədi ilə Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurasının 30 iyul 2015-ci il tarixli "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" tarixi sosial qərarı ilə 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib:
"Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub. Yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcəkdir. Belə ki, hazırlıq işlərinin, o cümlədən əczaçılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir. Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq".
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL