waplog

Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlər işləniləcək


Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlər işləniləcək. Sözügedən layihə Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) 2014-cü ildә elan edilmiş әsas müsabiqәsi çәrçivәsindә kompleks elmi-tәdqiqat proqramları üzrә qalib layihәlәrin siyahısında yer alıb.
 
AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) baş mühəndisi, texnika elmləri namizədi Rəşid Ələkbərovun rəhbərlik etdiyi layihənin icra müddəti 36 ay davam edəcək.

Fizika-riyaziyyat və texnika elmləri üzrə digər qalib layihələrə "İnsanın sağlam və xəstəlik hallarında zülalların struktur funksiya xassələrinin multidissiplinar tədqiqi" və "Yarımkeçirici materialların radiasiyaya davamlılığının tədqiqi və yeni tipli mikropikselli selvari fotodiodlar əsasında detektorların işlənilməsi" daxildir.

EİF tərəfindən Fizika-riyaziyyat vә texnika elmlәri sahәsi üzrә layihələrin dəstəklənməsinə cəmi 1.100.000 manat yönəldilib.
 
 
Qeyd edək ki, AMEA və təhsil sistemindəki təşkilatlar və digər qurumlar tərəfindən təqdim edilmiş bu tip proqram layihələrinin böyük maliyyə həcmli qrantlar (100 min - 500 manat arası) yolu ilə maliyyələşdirilməsində əsas məqsəd elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırması, müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) dəstəklənməsi, maddi-texniki təminatının müasir tələblərə cavab verən səviyyədə yenilənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına şərait yaradılması, müasir elmi-tədqiqat qrupları, laboratoriyaları, mərkəzlərinin (o cümlədən, beynəlxalq əməkdaşlıq çərçivəsində) yaradılmasıdır.
 
 Layihələrdə maliyyə və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq ezamiyyətlər yolu ilə elmi kadr hazırlığı da nəzərdə tutulub. Müsabiqənin əsas prioritetləri azərbaycançılıq ideologiyası, multikulturalizm, sivilizasiyalararası dialoq, yüksək texnologiyalar və yüksək xassəli materiallar, elektron elmin formalaşması və inkişaf, biofizika, biotəbabət, molekulyar biologiya və biotexnologiyalar, genomika, molekulyar genetika, tibbin müasir problemləri, əczaçılıq, geofizika və hidrologiya, neft tədqiqatları, neft kimyası, qeyri-üzvi materialşünaslıq, aqrar tədqiqatlar, torpaqşünaslıq, ərzaq problemləri və s. olub. 2014-cü il üçün əsas qrant müsabiqəsinin kompleks elmi-tədqiqat proqramları üzrə layihələr sırasından ümumi maliyyələşdirilmə həcmi 4200000 manat olmaqla 14 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının müvafiq qərarı ilə təsdiq olunub.
 
Digər layihələr üzrə əlavə qərar qəbul ediləcək.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL