Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən aktual elektron xidmətlərinin adları bəlli olub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Elektron hökumət" portalı üzərindən iyul ayında ən çox istifadə olunan elektron xidmətlərinin adları məlum olub.
RYTN-in Məlumat Hesablama Mərkəzinin apardığı statistikaya əsasən, nazirliyin ən çox müraciət edilən e-xidmətləri "Telefon nömrəsi üzrə axtarış", "Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi", "Mobil cihazların qeydiyyatdan keçirilməsi", "Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması", "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsi ilə ödənilməsi" və s. xidmətləri olub.
İyul ayında nazirliyin xidmətlərindən istifadə sayı 213053-ə çatıb.
Qeyd edək ki, ümumilikdə e-xidmətlərdən istifadə statistikasına görə qurumlar arasında ikinci yerdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərarlaşıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL