waplog

“Teleradio” regionlarda rəqəmli sosial yayım paketinin tətbiqi şəbəkəsini genişləndirir


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi analoq yayımı davam etməklə rəqəmli DVB-T və DVB-T2 standartında kommersiya və sosial yayım şəbəkəsini genişləndirməkdə davam edir.
 
“Teleradio”dan “ICTnews “ xəbər xidmətinə verilən məlumata əsasən, yaxın zamanda istehsalat birliyi ölkənin 7 regionunda, o cümlədən Qubanın, Şabranın,  Lerikin, Qazaxın, Şəmkirin  və Bərdənin bəzi kəndlərində yeni vericilər quraşdırmaq niyyətindədir. 
 
“Bu gün artıq bu regionlarda rəqəmli yayımın genişləndirilməsi üçün Milli Teleradioyayım Şurası tərəfindən kanal ayrılıb və ilin sonuna kimi biz bu istiqamətdə işlərimizi başa çatdırmaq niyyətindəyik”, - deyə “Teleradio”dan bildiriblər.
 
Ümumilikdə bu ilin əvvəlindən ölkə ərazisində 19 verici quraşdırılıb. Bununla yanaşı, Beyləqanda Azərbaycanın efir məkanını kənar müdaxilələrdən mühafizə etmək məqsədi ilə xüsusi yayım vericisi quraşdırılıb. Bu gün artıq ölkə ərazisinin 99 faizində sosial yayım paketi tətbiq edilib və hazırda ucqar ərazilərdə kiçik vericilərin quraşdırılması vasitəsi ilə rəqəmli yayımın tam əhatəsi təmin edilir.
 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL