waplog

İranla rabitə və yüksək texnologiyalar sahəsinə dair əməkdaşlıq imkanları yenidən müzakirə edilib


Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov cari ilin 4 avqust tarixində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə İran İslam Respublikasına səfər etmiş nümayəndə heyətinin tərkibində iştirak edib, İranın müvafiq təsisatlarında görüşlər keçirib.
 
 
Azərbaycan nümayəndə heyətinin səfəri ölkəmizin İrandakı səfirliyi və İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil edilməklə yanaşı, İran tərəfinin RYTN-ə mövcud dəvəti əsasında müxtəlif təsisatlarda görüşlər keçirilib.

İlk olaraq nazir Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətinin bir neçə üzvü İran prezidenti Həsən Ruhani tərəfindən qəbul edilib, son illər ərzində ölkələrimiz arasında mövcud əməkdaşlığın inkişafı və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində geniş tərkibli görüş keçirilib, səfərin məqsədləri və gözlənilən nəticələr barədə müzakirələr aparılıb.
 
 
İ.Məmmədov səfər çərçivəsində İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini və Telekommunikasiya İnfrastrukturu Şirkətinin (TİŞ) icraçı direktoru cənab Xosravinin dəvəti ilə TİŞ-i ziyarət edib, müxtəlif telekommunikasiya xidmətləri təqdim edən LCD şirkətinin fəaliyyəti ilə tanış olub, eyni zamanda cənab Xosravi ilə ikitərəfli görüşdə hər iki ölkənin müvafiq təsisatları arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək fəaliyyət imkanlarına dair danışıqlar aparılıb.
 
 
Qarşı tərəfin təklifinə əsasən, növbəti görüş zamanı İranın Pardis Texnologiya Parkı, o cümlədən “eFarah” şirkəti ziyarət edilib, texnopark rəhbərliyi ilə keçirilmiş ikitərəfli görüşdə aparılmış müzakirələr zamanı iki ölkənin müvafiq təsisatları arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib, Azərbaycan nümayəndə heyətinin “Inotex – 2015” beynəlxalq sərgisində iştirakı qarşı tərəfdən yüksək qiymətləndirilib. Əlaqələrin davamı olaraq bu il keçiriləcək “Bakutel 2015” sərgi-konfransında İran şirkətlərinin fəal iştirakına dair razılıq əldə olunub.
 
 
İran Teleradio Yayım Təşkilatında keçirilmiş görüş zamanı yayım, tezliklərin tənzimlənməsi, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, endirimli şərtlərlə avadanlıqların alınması və istismarı kimi məsələlər müzakirə olunub, təşkilatın ərazisində fəaliyyət göstərən peyk idarəetmə mərkəzinə baxış keçirilib. İran tərəfi Azərbaycan Respublikasının müvafiq qurumu tərəfindən istismar olunan peyklərin xidmətlərindən istifadə etmək niyyətində olduğunu bildirib, məsələ ilə əlaqədar qarşı tərəfə -“Azərkosmos” ASC-yə müraciət olunması tövsiyə edilib.
 
 
Günün sonunda Azərbaycan nümayəndə heyətinin səfərinin nəticələrinə dair iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri M.Vaezinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibli yekun iclası təşkil edilib. İclasda gün ərzində keçirilmiş görüşlər, aparılmış danışıqlar və əldə olunmuş nəticələr barədə məlumat mübadiləsi həyata keçirilib, əlaqələrin gələcək inkişaf perspektivləri müəyyənləşdirilib.
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL