waplog

Azərbaycan Ümumdünya Mobil Konqressində təmsil olunub


Şanxay şəhərində Asiyanın mobil sənaye sahəsinə aid ən böyük tədbirlərdən biri - Ümumdünya Mobil Konqresi keçirilib. Əvvəllər "Mobile Asiya Expo" kimi tanınan konqres çərçivəsində aparıcı Asiya və beynəlxalq istehsalçıları və operatorları, özlərinə məxsus texnologiya, avadanlıq və rabitə xidmətləri sahəsində ən son nailiyyətləri nümayiş etdirilib.
 
 
Sərgi ilə yanaşı, Avropa və Asiyanın top-menecerlərinin iştirakı ilə bir sıra seminarlar və konfranslar keçirilib. Bu konfranslardan biri "China Mobile" və "Global TD-LTE İnitiative" assosiasiyası tərəfindən təşkil edilmiş GTI Sammiti idi. Təcrübə mübadiləsi və əməkdaşlıq üzrə açıq qlobal platforma olan GTİ, Şanxayda dünyanın 4-cü nəsil simsiz məlumat ötürülmə texnologiyaları sahəsində fəaliyyət göstərən operatorları toplanıb.
 
 
Tədbiri giriş sözü ilə açan Çin Respublikasının sənaye və  informasiya texnologiyaları nazirinin müavini cənab Zhang Bing TDD LTE texnologiyanın inkişafında və yayılmasında GTI platformasının xüsusi rolunu qeyd edib. Dünyanın ən böyük TDD LTE şəbəkəsinin sahibi olan "China Mobile" şirkətin idarə heyətinin sədri şəbəkələrində məlumat ötürücülərinin ən yüksək sürətə nail olması barədə məlumat verib. Daha sonra,  "NTT DoCoMo", "SK Telecom", "KDDI" və digər böyük operatorların rəhbərləri texnologiyanın inkişafı ilə bağlı öz  fikirlərini bölüşüblər.
 
 
Təşkilatçıların dəvəti ilə "Azqtel" şirkətinin  prezidenti Ceyhun Mollazadə sammitdə iştirak edib. "Sazz" brendi altında fəaliyyət göstərən "Azqtel" şirkəti Azərbaycanın ən böyük "4G" internet provayderidir. «Bazarları inkişaf etməkdə olan ölkələrdə operatorlar üçün yeni imkanlar» mövzusu ilə bağlı çıxış edən cənab Mollazadə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sahəsinin, xüsusilə telekommunikasiya və yüksək texnologiyalar sektorunun inkişafına təkan verən neft-qaz sektorunun müvəffəqiyyətləri haqqında danışıb.
 
Ölkəmizin genişzolaqlı internetin yayılması və istifadəçilərin sayına görə bölgədə lider olması da qeyd olunmuşdur. GTI İdarə heyətinin üzvü və "SoftBank"ın baş məsləhətçisi cənab Matsumotonun moderatorluğu altında keçirilən müzakirədə TDD LTE texnologiyanın xüsusiyyətləri və üstünlükləri, eləcə də rəqabət mühitində uğurlu biznes modelləri müzakirə olunub.
 
 
RƏVAN
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL