Naxçıvanda elektron xidmətlərin göstərilməsinə dair tədris kursu təşkil edilib
Elektron xidmətlərin göstərilməsi üçün dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində tədris kursu təşkil edilib.
Müasir, çevik idarəetmənin təmin edilməsi, dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılması, birbaşa münasibətlərin minimuma endirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması hazırda qarşıya qoyulmuş əsas vəzifələrdən biridir.
Naxçıvan MR Ali Məclisi sədrinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanı Muxtar Respublikada bu sahədə görüləcək işləri daha da sürətləndirib.
Fərmandan irəli gələn vəzifələri icra etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bir sıra işlər həyata keçirilir.
Belə ki, mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətin təşkili üçün metodiki vəsaitlərlə təmin edilib, dövlət orqanlarının saytlarının yaradılması üçün lazım olan materialların nazirliyə təqdim edilməsi tövsiyə edilib, dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kursu təşkil edilib.
Kursda dövlət qulluqçularına elektron hökumət, “Elektron sənəd və elekton imza haqqında” Azərbaycan Respublikasının Qanunu, internet informasiya ehtiyatlarının (saytların) yaradılması formaları və qaydaları, dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi qaydaları, tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertiza qaydaları, elektron imza, dövlət hakimiyyəti və yerli özunüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydaları, elektron imzanın yoxlanması və elektron sənəd mübadiləsi qaydaları haqqında mövzular, elektron təqdimatlar, slaytlar və digər vizual vasitələrdən istifadə edilməklə tədris olunub.
Elektron imzanın tədbiq sahələri və istifadəsi qaydaları ilə bağlı videoçarx nümayiş etdirilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL