waplog

Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edildi


Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 513-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"in yerinə yetirilməsinə yardım etmək məqsədi ilə qərara alıram:
 

1. Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
 

 

Komissiyanın həmsədri

 

 

İltimas Məmmədov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
 

 

Komissiyanın üzvləri:

 

 

Sahib Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
 

Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini
 

Ragim Lətifov - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
 

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 

Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
 

Arif Əsgərov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
 

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
 

Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
 

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
 

Rəmzi Teymurov - Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri
 

Xəzər Fərhadov - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 avqust 2015-ci il



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL