waplog

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib


Azərbaycan Respublikasının hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci il martın 2-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1205 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
 

1. Azərbaycan Respublikasının hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

 

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
 

 

Komissiyanın üzvləri:


 

Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
 

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
 

Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini
 

Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini
 

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
 

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 

Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
 

Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
 

İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
 

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
 

Xəqani Abdullayev - Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini
 

Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
 

Tahir Tağızadə - Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri
 

Namiq Xəlilov - Azərbaycan Respublikası MaliyyəNazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.
 

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikasının hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,
 

Azərbaycan Respublikasının Prezidenti
 

 

Bakı şəhəri, 10 avqust 2015-ci il



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL