waplog

Ötən ay “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” xidməti də aktual olub


Təhsil aldıqları ali və orta ixtisas təhsili barədə  elektron arayışı “Elektron hökumət” portalı üzərindən əldə etməsi vətəndaşların işini asanlaşdırıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin açıqladığı statistikaya əsasən,  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) göstərdiyi  “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” xidmətinə iyul ayı ərzində 585 dəfə müraciət olunub.
 
Bu e-arayışda vətəndaşın soyadı, adı və ata adı, doğum tarixi və qəbul olduğu tədris ili, qəbul üçün əsas, təhsil müəssisəsinin adı, təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması barədə məlumat, təhsil səviyyəsi, ixtisasın şifri, adı və təhsilalma forması, təhsil üzrə cari vəziyyət, diplomun seriya, nömrəsi və qeydiyyat nömrəsi, diplomun verilməsi haqqında əmrin tarixi və diplomun növü kimi məlumatlar öz əksini tapır.
 
“Tələbə-məzun” dövlət elektron məlumat sistemində olan məlumatlar əsasən 1992-ci ildən hazıradək olan dövrü əhatə edir. TQDK tərəfindən elektron ərizə qəbulu 2008-ci ildən etibarən həyata keçirilir və həmin ildən başlayaraq, demək olar ki, bütün məlumatlar tam şəkildə FİN-ə (Fərdi İdentifikasiya Nömrəsi) uyğunlaşdırılıb.  2001-ci ildən 2008-ci ilə qədər dövr üzrə məlumatlar isə soyad, ad və ünvan üzrə Daxili İşlər Nazirliyinin “Giriş-cıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi ilə üzləşdirilib və tapılan FİN-lər sistemə əlavə edilib. Buna görə də 1992-2008-ci illər üzrə FİN-ə görə bəzi məlumatlar tapılmaya bilər.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL