waplog

Tayvan bankı öz bankomatlarında sifətin tanınması texnologiyasından istifadə edir


Tayvanın “CTBC Bank” bankı öz bankomatının pilot versiyasını işə salıb. Bankomat şəxsin identifikasiyası üçün sifətin tanınması texnologiyasından istifadə edir.
 
Sınaqlar uğurla keçəcəyi halda bankomatın istifadəçiləri kart və PIN koddan istifadə etmədən öz vəsaitlərini bankomatdan çıxara biləcəklər.
 
"ICTnews" elektron xəbər xidməti “payspacemagazine.com” saytına istinadən bildirir ki, “VeinID” venanın tanınması texnologiyası Yaponiyanın “Hitachi” şirkəti tərəfindən yaradılıb. Sözügedən texnologiya barmağın daxilində yerləşən venanın unikal şəklinin skan edilməsi üçün işıqdan istifadə edir.
 
“Hitachi” şirkətinin nümayəndəsi bildirib ki, barmaq izindən fərqli olaraq, venanın şəkillərini saxtalaşdırmaq və ya kopyalamaq son dərəcə çətindir. Bundan başqa, uğurlu identifikasiya üçün barmaq canlı insan bədəninə bərkidilməlidir.
 
“VeinID” texnologiyası artıq Yaponiya, Şimali Amerika və Avropada fəaliyyət göstərən maliyyə müəssisələri tərəfindən istifadə olunur. Ötən il Böyük Britaniyada “Barclays” bankı bu texnologiyanı təqdim edib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL