İnternetdən asılı insanlar qrip və soyuqdəymə xəstəliklərinə qarşı həssasdırlar
Suonsi Universitetində işləyən alimlərin gəldiyi nəticəyə əsasən, kompüter arxasında və internetdə daha çox vaxt keçirən insanlar qrip və soyuqdəymə xəstəliklərinə qarşı daha həssasdırlar.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, bu kimi insanlarda qrip və ya soyuqdəymə xəstəliyinə tutulmaq ehtimalı təxminən 30 faiz yüksəkdir. Belə ki, internetdən asılı insanlar təmiz havada az vaxt keçirirlər ki, bu da immunitetin zəifləməsinə səbəb olur.
Bundan başqa, alimlərin qənaətincə, internetə həddən ziyadə aludəçilik, həmçinin depressiya və yuxu pozulmalarına səbəb ola bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL