waplog

Bill Qeyts Afrikanı nəcisdən alınmış su ilə təmin etmək istəyir


6 ay bundan əvvəl Bill Qeyts nəcisdən əldə edilmiş suyu içərək “OmniProcessor” qurğusunu reklam etmişdi. Yaxın vaxtlarda Seneqalda istifadəyə verilmiş ilk yüksəktexnologiyalı zavod insanın təbii ehtiyaclarını yenidən emal edərək içməli suya çevirir.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “belə su krandan tökülən və ya butulkadakı sudan tamamilə fərqlənmir" – “Wired” nəşrinin jurnalisti bildirib.
 
Qeyts “OmniProcessor” sisteminin növbəti versiyasını yaxşılaşdırmaq niyyətindədir: bu qurğu daha çox zibil növü yandırmağı öyrənəcək.
 
“OmniProcessor” qurğusunun ilk kommersiya variantını 1,5 milyon dollar məbləğində Afrika şəhərinə satmaq Bill Qeytsin planlarına daxildir. Həmçinin zəngin ölkələrdə yaşayan potensial alıcıların təklifləri nəzərdən keçirilir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL