Qaz abunəçiləri üzrə informasiya ehtiyatı “Elektron hökumət” portalına inteqrasiya olunacaq
Qaz abunəçiləri üzrə informasiya ehtiyatı “Elektron hökumət” portalına inteqrasiya ediləcək.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (İTRİ) əməkdaşları ilə müzakirə aparılıb.
Görüş zamanı həmçinin portal üzərindən informasiya mübadiləsi aparılmaqla “104” çağrı mərkəzinin işinin təkmilləşdirilməsi, müvafiq elektron xidmətlərin təşkili, uyğun servislərin hazırlanması və sair məsələlər müzakirə edilib.
Toplantının əsas məqsədi “Azəriqaz” İB-nin informasiya sisteminin portala qoşulması ilə ictimai tələbatın yüksək olduğu xidmətlərin elektronlaşdırılaraq “bir pəncərə” prinsipi üzrə “Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim edilməsi olub.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL