“Bakcell” gələn ildə baza stansiyalarının sayına görə liderliyini qoruyub saxlamaq niyyətindədir
Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin 2000-ə yaxın “3G” stansiyası sayəsində “3G” xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şəbəkənin gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində şirkət “2G”, “3G” və “4G” baza stansiyalarının sayına görə liderdir. Ümumilikdə baza stansiyalarının sayını 5299-a çatdıran şirkət cəmi bir neçə ay əvvəl istifadəyə verdiyi “4G” xidməti üzrə də ölkədə lider mövqeyə sahibdir.
Hazırda “Bakcell” 2947 “2G”, 1979 “3G” və 373 “4G” baza stansiyası vasitəsilə abunəçilərinə yüksək keyfiyyətli mobil rabitə və İnternet xidməti göstərir.
Şirkət yaxın zamanda “3G” və “4G” baza stansiyalarının sayını artırmaqla yüksək keyfiyyətli mobil İnternet xidmətinin əhatə dairəsini daha da genişləndirməyi və 2016-cı ilin ortasına qədər əlavə 1000 “4G” baza stansiyasını quraşdırmağı hədəfləyir. Baza stansiyalarının sayının və tutumunun artımı respublikanın paytaxtında və bölgələrində, eləcə də ucqar ərazi hesab olunan kənd və rayonlarda daha keyfiyyətli və kəsintisiz mobil rabitə və İnternet xidmətini təmin edəcək.
“Bakcell” şirkəti eyni zamanda “4G” xidmətindən faydalanan abunəçilərin sayına görə də liderdir.
“Şirkət bu gün Azərbaycanda baza stansiyalarının sayına və tutumuna görə liderdir. Biz Azərbaycanın ən ucqar nöqtələri daxil olmaqla bütün ölkə ərazisində abunəçilərimiz üçün keyfiyyətli mobil rabitəni və İnterneti təmin etmək məqsədilə “2G” və “3G” şəbəkəmizi genişləndirərək öz rəqiblərimizi üstələyirik. Biz eyni zamanda mobil İnternet bazarında ən böyük paya malik olan şirkətik. Cəmi bir neçə ay öncə istifadəyə verdiyimiz “4G LTE” xidməti hazırda yalnız Bakı şəhərini əhatə etsə də, bu xidmətdən istifadə edən abunəçilərimizin sayı sürətlə artır”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Qeyd edək ki, “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL