waplog

Ölkə üzrə müəssisələrdə açılmış daimi iş yerlərinin 0,3 faizi informasiya və rabitə sahəsinin payına düşür


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri-neft sektorunda dayanıqlı inkişafını təmin edib.

İqtisadiyyatın diversifikasiyası nəticəsində istehsal və emal müəssisələri fəaliyyətə başlayıb, xidmət və digər infrastruktur müasirləşdirilib, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və yeni iş yerlərinin açılmasına zəmin yaradıb.
 
Ölkə üzrə müəssisələrdə açılmış daimi iş yerlərinin 0,3 faizi informasiya və rabitə sahəsinin, 0,9 faizi peşə, elmi və texniki fəaliyyətin payına düşür.
 
Bu haqda məlumat Dövlət Statistika Komitəsinin "Yeni iş yerləri" haqda statistik nəşrində yer alıb.
 
Komitədən qeyd edilib ki, yeni yaranan iş yerlərinin 4,5 faizi tikinti, 1,4 faizi emal sənayesi, 2,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 0,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,1 faizi təhsil, 0,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,0 faizi maliyyə və sığorta fəaliyyəti, 1,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.
 
 
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL