waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqəyə 4 vakansiya təqdim edib


Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə  Komissiyadan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə,  müsabiqəyə 55 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 693 vakant yer çıxarılıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 4 vakansiyası da bu siyahıya daxildir.
 
Vakansiyalar siyahısında RYTN-in Elektron idarəçiliyin inkişafı şöbəsində aparıcı məsləhətçi, Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq tədbirlərin təşkili sektorunda məsləhətçi, aparıcı məsləhətçi, Elektron Təhlükəsizlik Mərkəzinin Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunun müdiri vakant dövlət qulluğu vəzifələri yer alır.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL