Hazırda ölkə ərazisində rəqəmli yayım 110 ədəd rəqəmli verici vasitəsi ilə təşkil edilir
2015-ci ildə rəqəmli yayıma keçidin tam başa çatdırılması, analoq yayımın dayandırılması nəzərdə tutulur. Hədəf “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi olaraq yer alır. Hazırda ölkədə rəqəmli yayımın tətbiqi “Azərbaycan Respublikası ərazisində DVT-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı” çərçivəsində aparılır.
Hesabat dövrü ərzində rəqəmli yayıma tam keçidlə əlaqədar olaraq ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə əlavə olaraq 41 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilib ki, bunlardan 22 ədədi rəqəmli DVB-T, 4 ədədi isə rəqəmli DVB-T2 vericiləri olub.
Hazırda ölkə ərazisində 110 ədəd rəqəmli verici vasitəsi ilə rəqəmli yayım təşkil edilir. Artıq ölkə əhalisinin yaşadığı ərazilərin 99 faizi açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya və radio yayımı ilə təmin edilib. Bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL