Mobil telefon rabitəsi xidmətləri ölkənin əhali yaşayan ərazisini tam əhatə edir
Azərbaycanda GSM standartında 4 operator fəaliyyət göstərir. Bu haqda məlumat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-2014” adlı illik hesabatda yer alıb.
Hesabatda qeyd edilib ki, mobil rabitə İKT sektorunda həm gəlirlərdəki payı, həm də inkişaf tempinə görə aparıcı mövqeyə malikdir. Mobil telefon rabitəsi xidmətləri ölkənin əhali yaşayan ərazisini tam əhatə edir.
Bu regionda 100 faizlik ilk nəticədir.
Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir və bu göstərici üzrə Azərbaycan ümumdünya orta göstəricisini 17 faiz üstələyir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL