waplog

Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi Rusiya Festivalında diqqət mərkəzində olub


 Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi Rusiyanın Tatarıstan Respublikasının Elabuqa şəhərində keçirilən VI Beynəlxalq müəllimlər Festivalında diqqət mərkəzində olub.
 
Qeyd edək ki, Rusiya Elm və Təhsil Nazirliyinin  Kazan Federal Universitetinin Elabuqa İnstitutunun rəhbərliyi tərəfindən beynəlxalq  festivala əməkdar müəllim Almaz Həsrət  xüsusi dəvət almışdı.
 
VI Beynəlxalq Müəllimlər Festivalına Azərbaycandan ilk nümayəndə olaraq qatılan və festivalda  moderator qismində iştirak edən A.Həsrət Azərbaycan təhsil sistemində son illər ərzində görülən  işlər və layihələr barədə,  şəxsi  təcrübəsi zəminində əldə etdiyi  uğur və nailiyyətlərini də bölüşüb.
 
Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri A. Həsrət "Müasir təhsil problemləri informasiya mədəniyyəti kontekstində" mövzusunda "master klas" keçib. "Master klas"ın əsas mövzusuna uyğun olaraq Azərbaycanın təhsil məkanında informasiya mədəniyyəti, informasiya savadlılığı, informasiya cəmiyyəti və s. barədə aparılan son uğurlu işlər, Təhsil Nazirliyinin təhsil sferasında sırf təhsillə bağlı olan informasiyaların daha da anlaşıqlı və asan əldə olunması üçün gördüyü işlərdən və respublikamızda bu sahədə yaradılan son yeni təhsil saytları barədə də geniş məlumatlar vermişdi. Son illərdə İKT sahəsi üzrə  aparılan yeni-yeni uğurlu nailiyyətlərdən də geniş söhbət açıb.  
 
 
VI Beynəlxalq Müəllimlər Festivalında  təhsil sahəsində görülən təcrübələrini təqdim etmək üçün Almaniya, İsrail, Tailand, Fransa, ABŞ, İsveçrə, Moldova, Rusiya və Belorus kimi müxtəlif xarici ölkələrin təhsil işçiləri: alimlər, ali və orta məktəb müəllimi iştirak edib.   Beynəlxalq müəllimlər Festivalının əsas məqsədi  dünya təhsil sisteminin mükəmməl olması və onun inkişafının  təkmilləşdirilməsi yollarının axtarılıb tapılmasıdır.
 
Ümumiyyətlə, bu prosesi həyata keçirən dünya müəllimlərinin birgə əməkdaşlığı, yaxından bir-biri ilə tanışlığı; onların dərs nümunələrinin istifadə səmərəliliyi və həyata keçiriliməsi, nəticələri, nəinki təhsildə, digər yaşam sahələrində də inkişafyönümlü və perspektivli fikir mübadilələrinin aparılmasını nəzərdə tuturdu.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL