Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı 17 363 haqq-hesab cədvəli “Elektron hökumət” portalı üzərindən təqdim olunub
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi" elektron xidməti iyul ayında ən çox müraciət olunan xidmətlərdən olub.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ötən ay əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı 17 363 haqq-hesab cədvəli "Elektron hökumət" portalı üzərindən verilib.
Bu xidmət vasitəsi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri elektron formada doldurularaq DSMF-nin departamentləri, rayon (şəhər) şöbələri, Naxçıvan MR DSMF-nin rayon (şəhər) şöbələrinə təqdim edilir.
İstifadəçiləri hüquqi və fiziki şəxslər olan interaktiv növlü e-xidmət ödənişsiz olaraq göstərilir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL