Dünya Bankı Azərbaycan hökumətinə “Azərpoçt”un maliyyə xidmətlərinin inkişafını davam etdirməyi təklif edir
Dünya Bankı Azərbaycanın milli poçt operatorunun göstərdiyi maliyyə xidmətlərinin çeşidini genişləndirmək məqsədi ilə "Maliyyə xidmətlərinin inkişaf etdirilməsi" layihəsini davam etdirməyi təklif edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnfrastrukturun inkişafı şöbəsi poçt sektorunun müdiri Novruz Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, Dünya Bankının Azərbaycan hökumətinə təqdim etdiyi təkliflər maraqlı olduğu halda "Maliyyə xidmətlərinin inkişaf etdirilməsi" layihəsinin davam etdirilməsi mümkün ola bilər.
"Bildiyiniz kimi, dünya bazarında hazırda valyutaların məzənnələri qeyri-stabildir və bu şəraitdə heç bir ölkə beynəlxalq kredit təşkilatları, bankları qarşısında əlavə maliyyə öhdəlikləri götürmək istəməz. Lakin Dünya Bankının təklifləri Azərbaycan Hökumətinin, Maliyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin marağına uyğun gələrsə, layihənin davam etdirilməsi heç də istisna edilmir", - deyə ekspert qeyd edib.
Xatırladaq ki, Dünya Bankının təkliflərində "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində "Azərpoçt" tərəfindən kreditlərin verilməsi prosesinin təşkili nəzərdə tutulur.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL