İkinci qrant müsabiqəsinin qalibi olan hüquqi şəxslərə qrantlar nə vaxt veriləcək?
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ikinci qrant müsabiqəsində qalib olan hüquqi şəxslərə qrantları ayıra bilmir.
Fonddan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hüquqi şəxslərə məxsus olan 16 layihənin icrası yalnız müəlliflərin şəxsi vəsaiti sayəsində mümkündür.
“Bu layihələrin maliyyələşməsi üçün hüquqi şəxslərə məxsus olan layihələrin maliyyələşməsinə icazə verilən dövlət qurumlarının siyahısı təsdiq edilməlidir. Hazırda isə biz bu qrant sahiblərinə hələlik, imkan çərçivəsində şəxsi vəsaitləri sayəsində layihələrinin icrasına başlamalarını təklif etmişik”, - deyə fonddan bildiriblər.
Qeyd edək ki, hazırda 1-ci və 2-ci qrant müsabiqələri çərçivəsində ayrılmış vəsait hesabına icra planına uyğun şəkildə layihələr tətbiq edilir. Bun ilin sonuna kimi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan 3 layihənin icrası başa çatacaq.
Hazırda 2-ci qrant müsabiqəsi çərçivəsində qalib gələn 27 layihədən 11-nin icrası həyata keçirilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL